Bizim futbol

Millimizin rəqibləri bəlli oldu

Qazaxıstanda təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyənləşib.

Futbolinfo.az xəbər verir ki, U-17 millimiz B qrupunda Qazaxıstanın U-17 və Qırğızıstanın U-16 yığmaları ilə mübarizə aparacaq.

Turnir 23-29 avqust tarixlərində Talqar şəhərində keçiriləcək.