Bizim futbol

“Qəbələ”nin “Səbail”lə 7-ci dueli

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək. 

Dsport.az xəbər verir ki, “Qəbələ” ilk turun sabah keçiriləcək oyununda “Səbail”lə qarşılaşacaq. Qəbələ şəhər stadionundakı baş tutacaq görüş rəqiblər arasında 7-ci duel olacaq. Yalnız ötən mövsümdə üz-üzə gələn komandalar 4 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində münasibətlərini ayırd edib. 

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədi. 4 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. 20 qolun vurulduğu matçlarda bölgə təmslçisi 13, bakılılar 7 dəfə fərqlənib. “Qəbələ” arxada qalan 6 duelin hamısında rəqib qapısına yol tapmağı bacarıb. “Səbail”lə görüşlərin bombardiri olan Baqali Dabo 6, Famussa Kone 3 dəfə qol sevinci yaşayıb.

Premyer Liqa çərçivəsində keçirilən 4 matçın hər birində iki komanda da qol sevinci yaşayıb. 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzan “Qəbələ” top fərqində üstündü – 8:5. 

“Qırmızı-qaralar” evdə keçirdiyi 2 çempionat və 1 kubok görüşündən ikisində qalib gəlibsə, bir dəfə sülhlə kifayətlənib. Qonaqların qapısından 5 top keçirən komanda 2 qola üzülüb.

2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55