Bizim futbol

“Kəpəz”dən ikinci 2:2

Yeni mövsümə hazırlıq çərçivəsində “Kəpəz” ikinci yoxlama oyununu keçirib. 

Dsport.az xəbər verir ki, gəncəlilər səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Bir həftə əvvəl eyni rəqiblə matçda olduğu kimi, görüş yenə 2:2 hesablı bərabərliklə nəticələnib. 

İlk yarıda Elcan Rəhimovun qolu ilə hesabı açan Gəncə klubu ikinci hissənin sonlarında elə gənc futbolçunun daha bir məhsuldar zərbəsi ilə bərabərliyi yaxalayıb.