Bizim futbol

İlk qırmızı vərəqə də açılış matçında göstərildi

Topaz Premyer Liqasının yeni mövsümündə ilk qırmızı vərəqə qeydə alınıb.

Dsport.az xəbər verir ki, bu, "Sumqayıt" - "Neftçi" matçında Vurğun Hüseynova göstərilib. 

Baş hakim Rauf Cabbadov meydan sahiblərinin kapitanını 67-ci dəqiqədə meydanda qovub. Təcrübəli müdafiəçi 2-ci sarı vərəqəyə görə cəzalandırılıb. 

Qeyd edək ki, ilk sarı vərəqə də "Sumqayıt"a göstərilib. Komandanın gənc futbolçusu Süleyman Əhmədov 36-cı dəqiqədə cəzalanıb.