Bizim futbol

Bordin: “Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 1-ci turun "Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. 

Dsport.az xəbər verir ki, qələbəyə sevindiyini açıqlayan italiyalı mütəxəssis komandanın istədiyi oyunu götərmədiyini deyib:

"Çempionatda ilk matçı keçirmək çox xoşdu. Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik. Düzdü, rəqib komanda ikinci hissənin ortalarında azlıqda qaldı. Bununla belə, gözlədiyimiz oyunu nümayiş etdirmədik. Zədə səbəbindən məcburi əvəzetmələrə əl atmalı olduq. Artıq "Qəbələ” ilə oyuna hazırlaşacağıq”.