Bizim futbol

Nazim Süleymanov: “Təcrübəli futbolçu bunu etməməlidi”

"Sumqayıt"nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının yeni mövsümünün açılış matçında "Neftçi"yə evdə 0:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, "Dalğa Arena"da jurnalistlər qarşısına çıxan 53 yaşlı mütəxəssis matçı belə dəyərləndirib.

“Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Buna baxmayaraq, irəli baxmaq lazımdı. Komanda uduzsa da, pis təsir bağışlamadı. Xüsusilə ilk hissədə. İlk qolda iki mərkəz müdafiəçimiz zonanı, rəqibi sığortalamalı idi. İkinci qolda da səhvimiz oldu. Təcrübəli futbolçu bunu etməməlidi. Yaxşı qol epizodlarımız oldu. İlk oyunda həyəcan, təlaş olur. Bu gün hücumda Ülvi İsgəndərova etibar etdik. Onun 21 yaşı var, cavan deyil. Bu yaşda oynamalıdı. İstəmədik ki, ilk hissənin ortasında dəyişək. Fasiləyək ona şans verdik. Bizdə futbolçu qıtlığı var. Qapıçı problemi də mövcuddu”.