Bizim futbol

“İnanıram ki, qol sayını artıracam”

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib. 

Dsport.az xəbər verir ki, Topaz Premyer Liqasının ilk turunda qarşılaşdıqları "Sumqayıt”la oyunda ilk qolun müəllifi olan futbolçu sevincini bölüşüb:

“Çox şadam ki, qol vurdum. Bu qol hər bir baxımdan çox vacib idi. Hücumçunun işi qol vurmaqdı. İnanıram ki, növbəti oyunlarda qol sayını artıracam. Ümumiyyətlə, bu gün qələbə qazanmaq çox vacib idi”.