Bizim futbol

AFFA-nın prezidenti milli üzvləri ilə görüşdü - FOTOLAR

Bu gün Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla, ardınca isə millinin tam heyəti ilə görüşüb. 

Dsport.az xəbər verir ki, AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. 

Millinin baş məşqçisi Qurban Qurbanov çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.