Bizim futbol

“Qarabağ”: 12 futbolçu, 6 ölkə millisi

Bu gün UEFA Millətlər Liqası start götürəcək.

Dsport.az xəbər verir ki, Avropa Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”dan həm Millətlər Liqası, həm yoxlama oyunları, həm də başqa rəsmi matçlara 12 futbolçu dəvət alıb. Bu 12 futbolçu isə 6 ölkənin milli komandasına çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də, Bakıda Kosovo yığmasına qarşı keçirəcək.