Bizim futbol

“Qarabağ”: 15 gündə 5 oyun

“Qarabağ"ı sentyabr ayı ərzində ağır oyun qrafiki gözləyir.

Dsport.az xəbər verir ki, Ağdam klubu sentyabrın 15-dən 29-dək olan müddətdə nə az, nə çox, 5 oyuna çıxmalı olacaq. 

Bu matçlardan biri isə Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sportinq”ə (Lissabon) qarşı olacaq. 

Beləliklə, Ağdam təmsilçisi 15 gün ərzində 5 oyun keçirməlidi.

“Qarabağ” Premyer Liqanın 3 turundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. “Köhlən atlar” bir oyun az keçirib - “Zirə”ylə görüş sentyabrın 26-da keçiriləcək.