Digər növlər
Millimiz Türkiyə, Makedoniya və İslandiya ilə bir qrupda
Qadın həndbolçular arasında dünya çempionatının 1-ci seçmə mərhələsinin püşkü atılıb.
Dsport.az xəbər verir ki, Azərbaycan yığması dörd illik fasilədən sonra yenidən bu yarışa qatılıb. Şotlandiyanın Qlazqo şəhərində baş tutan püşkatmada komandamız 4-cü qrupda yer alıb. Rəqiblərimiz isə Türkiyə, Makedoniya və İslandiya həndbolçuları olacaq.
Reqlamentə əsasən, qrup qalibi pley-offda iştirak hüququ qazanacaq. 1-ci seçmə mərhələdən yüksələcək dörd yığmaya növbəti mərhələdə Xorvatiya, Çexiya, Danimarka, İspaniya, Almaniya, Macarıstan, Monteneqro, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveç və Avstriya milliləri qoşulacaq.
Ümumilikdə, DÇ-də Avropa qitəsinə 13 yer verilib. Fransa qitə çempionu (2017) kimi artıq final mərhələsindədi.
DÇ-2019-un final mərhələsi gələn il Yaponiyanın Kumamoto şəhərində keçiriləcək. 24 ölkənin iştirakı ilə baş tutacaq həlledici mərhələ noyabrın 29-da start götürəcək, dekabrın 15-də başa çatacaq.
1-ci seçmə mərhələnin qrupları
1-ci qrup: Slovakiya, Kosovo, Ukrayna, İsrail
2-ci qrup: İsveçrə, Farer adaları, Litva, Finlandiya
3-cü qrup: Belarus, İtaliya, Portuqaliya, Yunanıstan
4-cü qrup: Türkiyə, Makedoniya, İslandiya, Azərbaycan