Digər növlər

Millimizin üzvlərindən daha 2 medal

Rusiyada keçirilən taekvondo üzrə "Russian Open" G1 kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. 

Dsport.az xəbər verir ki, yarışın son günü də gənc Olimpiya komandamızın iki üzvü medala sahib olub. 

Belə ki, -63 kq çəki dərəcəsində mübarizə aparan Cavab Ağayev turnirin qalibi olub. Minayə Əkbərova (-46 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib. 

Xatırladaq ki, ilk yarış günü Hatəm Həsənli (-45 kq) də qızıl medal qazanmışdı. Beləliklə, turnirdə dörd idmançı ilə təmsil olunan Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələri yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.