Digər növlər

“Qəbələ”nin idmançısı Olimpiadaya lisenziya qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Gənclərin Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Dsport.az xəbər verir ki, o, Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq yarışa lisenziya qazanıb. 

Taekvondoçumuz Rusiyada keçirilən G1 kateqoriyalı “Russian Open” turnirində qazandığı qələbədən sonra mötəbər yarışa vəsiqəni rəsmiləşdirib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev Azərbaycan milli komandasını bu kateqoriyada təmsil edəcək.

Xatırladaq ki, Gənclərin Yay Olimpiya Oyunları bu il oktyabrın 6-18-də keçiriləcək.