Digər növlər

Azərbaycanın 3 atleti üçün Qahirə sınağı

Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı keçiriləcək.

Dsport.az xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edəcək.

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında çıxış edəcək millimizin heyəti aşağıdakı kimidi:

Nailxan Nəbiyev və Kamran İsmayılov (hər ikisi – 96 kq), Əliş Nəzərov (102 kq).

Turnirə dekabrın 14-də yekun vurulacaq.