Fransa

Fransa yığmasının sabiq forvardı “Bordo”da

Fransanın “Bordo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Genqam”ın hücumçusu Cimmi Brianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı fransız futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, “Bordo”da 7 nömrəli forma altında oynayacaq.

Bir ara Fransa yığmasında da oynamış Brian karyerası ərzində “Renn”, “Olimpik” (Lion) və “Hannover” klublarında da forma geyinib.