Fransa
“Monako”dan uğurlu start
Futbol üzrə Fransa çempionatında 1-ci turun oyunları keçirilir.
Dsport.az xəbər verir ki, turun ilk qarşılaşması Marsel “Olimpik”i ilə “Tuluza” arasında baş tutub. Meydan sahibləri bu görüşdə 4 cavabsız qolla qalib gəliblər.
İkinci oyun günündə “Monako” da səfərdə “Nant”a qalib gəlməklə mövsümə uğurlu start verib. “Lill” və “Sent Etyen” də ilk oyunlarını qələbə ilə başa vurublar.
Son çempion PSJ isə bazar günü meydana çıxacaq. Parislilər “Kan”ı qəbul edəcək.
Fransa Liqa 1
1-ci tur
10 avqust
Olimpik (Marsel) - Tuluza 4:0
Qol: Payet, 45-pen. 62. Jermen, 89. Toven, 90.
11 avqust
Nant - Monako 1:3
Qol: Sala, 90 – R.Lopes, 69. Yovetiç, 80. Falkao, 83.
Anje – Nim 3:4
Qol: Kapelle, 33. Fulqini, 51. Traore, 55 – Tiub, 4. Depre, 76; 88. Ripar, 85.
Lill – Renn 3:1
Qol: Motiba, 45. Pepe, 54. Bamba, 68 – Qrenye, 43.
Monpelye – Dijon 1:2
Qol: Mendes, 5 – Tavares, 52. Kulibali, 90.
Nitsa – Reyms 0:1
Qol: Dumbiya, 2.
Sent-Etyen – Genqam 2:1
Qol: Xazri, 45. Dioni, 80 – Turam, 56.
12 avqust
17:00 Olimpik (Lion) - Amyen
19:00 Bordo - Strasburq
23:00 PSJ - Kan