Fransa

Liqa 1 klubunda yeni baş məşqçi

Fransanın “Bordo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, baş məşqçi əvəzi kimi fəaliyyət göstərən Erik Bedue artıq baş məşqçi kimi təsdiqlənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Patrik Kolleter isə ona köməkçi təyin edilib.

“Bordo”nun sabiq baş məşqçisi Rikardo Qomes isə klubun baş meneceri təyin olunub.

Xatırladaq ki, “Bordo”nu son olaraq uruqvaylı mütəxəssis Qustavo Poyet çalışdırırdı. Lakin o, klub rəhbərliyini tənqid etdiyinə görə, avqustun ortalarında postundan uzaqlaşdırılmışdı.