Futbol

“Qarabağ”ın rəqibi daha iki legioner aldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubu heyətinə iki yeni futbolçu cəlb edib. 

Dsport.az xəbər verir ki, Poltova təmsilçisi afrikalı müdafiəçilər Naceba Yakubu və İbrahima Kane ilə müqavilə imzalayıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yakubu ilə 4, Kane ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə ilk oyununu oktyabrın 25-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirəcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butovski adına stadionda baş tutacaq.