Futbol

Millimizin rəqibinin heyətində dəyişiklik

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik edilib.

Dsport.az xəbər verir ki, Xorvatiyanın "Hayduk" klubunda forma geyinən Ardian İsmayli əsas millidən ayrılaraq U-21-in heyətinə cəlb olunub. Onun əvəzinə "Brondbü"dən (Danimarka) Besar Halimi əsas yığmaya qoşulub. 

Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Kosovonun U-21 millisi də Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının rəqiblərindən biridi.