Futbol

Kosovo yığması Bakı səfərinə tam hazırdı - FOTOLAR

Sentyabrın 7-də UEFA Millətlər Liqası çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq Kosovo yığması bu gün doğma meydanda həyata keçirdiyi təlim-məşq toplanışını başa vurub.

Dsport.az xəbər verir ki, millimizin rəqibi bu gün son məşqə çıxıb. Kosovo seçməsinin həlledici hazırlıq prosesini bir sıra dövlət rəsmiləri də izləyiblər və komandaya dəstək olublar. Komandanın baş məşqçisi Bernard Şalland, həmçinin futbolçulardan Samir Uykani, Herolind Şala, Merqim Voyvoda və Bersant Çelina federasiyanın rəsmi saytına açıqlama verərək təlim-məşq toplanışını müsbət dəyərləndiriblər. Onlar millimizin güclü və aqressiv rəqib olduğunu, lakin Bakıda qələbə qazanacaqlarına inandıqlarını vurğulayıblar.

Kosovodakı hazırlığını yekunlaşdıran rəqibimizin tezliklə Bakıya səfərə çıxacağı vurğulanıb.

Qeyd edək ki, Azərbaycan - Kosovo matçı sentyabrın 7-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.