Futbol

“Qarabağ”ın rəqibi forvardına 60 milyon avro qiymət qoydu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu futbolçusu Covane Kabralın müqavilə müddətini uzadıb.

Dsport.az xəbər verir ki, Kabo-Verde millisinin hücumçusu 2023-cü ilə qədər Lissabon təmsilçisinin şərəfini qoruyacaq. Bu barədə klubun saytı məlumat yayıb.

20 yaşlı futbolçunun sərbəst qalma məbləği 60 milyon avro müəyyənləşdirilib.

Klubun öz yetirməsi olan Kabral, 2016-cı ildə “Sportinq”in B komandasına yüksəlib. Artıq əsas komandada çıxış edəcək futbolçu 77 nömrəli formanı geyinəcək.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək. Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək oyun saat 23:00-da start götürəcək.