Futbol

Yaponiya - Çili matçı təxirə salındı: Zəlzələyə görə

Futbol üzrə Yaponiya və Çili yığmaları arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyunu təxirə salınıb.

Dsport.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, matçın təxirə salınmasına Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ səbəb olub.

Qeyd edək ki, 6,7 bal gücündəki zəlzələ nəticəsində ölən və yaralananlar var. Hadisə nəticəsində adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb. Məhz ölkədə yaranan problemlər səbəbindən və azarkeşlərin təhlükəsizliyi nəzərə alınaraq, Çili ilə matçın təxirə salınması qərara alınıb.

Yaponiya – Çili matçının sabah keçirilməsi nəzərdə tutulmuşdu.