Futbol

“Barselona”nın futbolçusu rəsmən Çin klubunda

“Barselona”nın futbolçusu Paulinyo karyerasını Çində davam etdirəcək.

Dsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Quançjou Everqrand” klubuna transfer olunub. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Paulinyoyla 4 illik müqavilə imzalanıb. Çin klubunun braziliyalı futbolçu üçün 50 milyon avro ödədiyi bildirilir. 

Paulinyo cari mövsümün əvvəlindən icarə əsasında "Quançjou Everqrand"da forma geyinirdi.