İngiltərə

Belçika millisinin üzvü Premyer Liqa klubunda

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçika yığmasının yarımmüdafiəçisi Leander Dendonkeri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Anderlext”in futbolçusu bir mövsümlük icarərə götürülüb.

23 yaşlı futbolçu məhz “Anderlext”in yetirməsidi. O, 2013-cü ildən etibarən bu komandada 125 oyuna çıxıb, 9 qola imza atıb