İspaniya

“Valensiya” “Çelsi”nin forvardı ilə gücləndi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Çelsi” klubunun hücumçusu Miçi Batşuayini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı forvard bir mövsümlük icarəyə götürülüb.

24 yaşlı Konqo əsilli hücumçunun 1 illik icarəsinə görə “Valensiya” London klubuna 4 milyon avro ödəyəcək.

Batşuayi “Çelsi”yə 2016-cı ildə Marsel “Olimpik”indən transfer edilib. O, London təmsilçisində indiyə qədər 53 oyuna çıxıb, 19 qol vurub. Belçikalı futbolçu geridə qalan mövsümün iknci yarısını isə Dortmund “Borussiya”sında keçirib və 14 oyuna 9 qolla yadda qalıb.