İspaniya

“Real”dan “Real Sosyedad”a

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”ın fransız müdafiəçisi Teo Hernandesi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bir illik icarə müqaviləsi imzalanıb.

20 yaşlı futbolçu son mövsümdə “kral klubu”nun heyətində 23 qarşılaşmada iştirak edib.

“Real” bir müddət əvvəl “Real Sosyedad”ın müdafiəçisi Alvaro Odriosolanı 40 milyon avro qarşılığında transfer etmişdi.