İspaniya

Çilili futbolçu La Liqa klubunda

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, La Liqa klubu çilili futbolçu Manuel İturranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent kimi keçib.

İturra karyerası ərzində “Rayo Valyekano”, “Malaqa”, “Qranada” kimi klubların formasını geyinib.