Türkiyə

“Fənərbaxça” da qələbə ilə başladı

Türkiyə Super Liqasında yeni mövsümə start verilib.

Dsport.az xəbər verir ki, turun ilk qarşılaşmasında son çempion “Qalatasaray” liqanın debütantı “Ankaragücü”nün qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşmada İstanbul nəhəngi inamlı qələbəyə sevinib.

İkinci oyun günündə daha 3 görüş baş tutub. “Rizəspor” doğma meydanda “Kasımpaşa”ya məğlub olubsa, “Sivasspor” “Alanyaspor”dan üstün olub. “Fənərbaxça” isə “Bursaspor” üzərində qələbə qazanıb.

Türkiyə Super Liqası
1-ci tur

10 avqust

Ankaragücü - Qalatasaray 1:3
Qol: Əl Kabir, 7 - S.Aziz, 22. Kone, 30-öz qapısına. E.Derdiyok, 90.

11 avqust

Rizəspor - Kasımpaşa 2:3
Qol: Samu, 33. R.Yalçın, 55 – Mbaye, 75-pen. T.Serbest, 81. A.Xalili, 90.

Sivaspor - Alanyaspor 1:0
Qol: E.Kılınc, 84.

Fənərbaxça - Bursaspor 2:1
Qol: Julyano, 22-pen. Souza, 30 – Ekonq, 16.

12 avqust

20:30 Başakşəhər - Trabzonspor
20:30 Konyaspor - Ərzurumspor 
22:45 Beşiktaş - Akhisarspor
22:45 Göztəpə - Yeni Malatyaspor

13 avqust

22:45 Kayserispor - Antalyaspor