İtaliya

Berluskoni yeni klub alır

“Milan”ın keçmiş sahibi Silvio Berluskoni yeni klub almağı planlaşdırır.

Dsport.az xəbər verir ki, o, İtaliyanın 3-cü seriyasında çıxış edən “Montsa” klubunu almaq niyyətindədi. 

Artıq Berluskoni ilə “Milan”ın sabiq vitse-prezidenti Adriano Qallianinin bununla bağlı danışıqlar apardıqları barədə məlumat yayılıb.

Berluskoni “Milan”ı 1986-cı ildə almışdı. O, klubu 2017-ci ildə çinli biznesmenə 860 milyon dollara satıb.