İtaliya

Ronaldonun gözünün altını qaraltdılar - FOTO

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo komandanın düşərgəsinə qayıdıb.

Dsport.az xəbər verir ki, Ronaldo bazaya gözünün altında diqqət çəkən qaraltı ilə qayıdıb. Ronaldonun gözünün altını kimin qaraltdığı bəlli deyil.

Ancaq portuqal “Parma” ilə oyundan sonra yaxtada rəfiqəsi Corcinyo Rodrigeslə birgə istirahət edib. Paparatsilər yaxtada başqa şəxs müşahidə etməyiblər. Güman olunur ki, Kriştianonun gözünün altına "kölgə"ni də elə Rodriges qoyub.

Ronaldo “Yuventus”a adaptasiya olmaq üçün Portuqaliya yığmasının Millətlər Liqasındakı oyunlarında iştirak etməyəcək. O, fitnes məşqçisinin rəhbərliyi altında məşq edəcək.