Xəbərlər http://dsport.az Sun, 01 Apr 2018 01:20:38 +0400 60 “Real”dan darmadağın, “Barselona”dan xal itkisi - VİDEOLAR http://dsport.az/news/spaniya/21323/ Futbol üzrə İspaniya La Liqasında 30-cu tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Turun açılışı matçında “Jirona” “Levante”ni qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.

Lider “Barselona” da ilk oyun günündə meydana çıxıb. Kataloniya təmsilçisi səfərdə “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

Son çempion 'Real' isə səfərdə 'Las Palmas'a böyük hesabla qalib gəlib.

İspaniya La Liqası
30-cu tur

31 mart

Jirona - Levante 1:1
Qol: Qranel, 54 - Morales, 68.

Atletik - Selta 1:1
Qol: Nunes, 55 - Mendes, 90.

Las-Palmas - Real 0:3
Qol: Beyl, 26; 51-pen. Benzema, 39-pen.

Sevilya - Barselona 2:2
Qol: Maskes, 36. Muriel, 50 - Suares, 88. Messi, 89.

1 aprel

14:00 Espanyol - Alaves 
18:15 Leqanes - Valensiya 
20:30 Malaqa - Vilyarreal 
20:30 Eybar - Real Sosyedad 
22:45 Atletiko - Deportivo

2 aprel

23:00 Xetafe – Betis








Futbol/İspaniya/ Sun, 01 Apr 2018 00:55:00 +0400
Güləşçilərimizdən “Zəfər Kuboku”nda daha 4 medal http://dsport.az/news/gulesh/21322/ Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir. 

Dsport.az xəbər verir ki, ilk yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

İkinci yarış günündə güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimizdən Qurban Qurbanov (45 kq), qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq), sərbəst güləşçilərdən isə Fuad Mayılov (80 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Nigar Mirzəzadə final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalını qazanıb. Qurban Qurbanov və Fuad Mayılov isə gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza yunan-Roma güləşçisi Laçın Vəliyev (92 kq) qazandırıb.

Yunan-Roma güləşi
FİNAL
45 kq - Qurban Qurbanov - Edmond Nazaryan (BUL) 1:3
Bürünc medal görüşü
92 kq - Antonio Giffridd (İTA) - Laçın Vəliyev 1:3

Qadın güləşi
FİNAL
65 kq - Nigar Mirzəzadə - Amina Roxana Capeza (ROU) 3:1

Sərbəst güləş
FİNAL
80 kq - Fuad Mayılov - Axmedxan Tembotov (RUS) 1:3
Bürünc medal görüşü
80 kq - Saqadulla Ağayev - Giorgi Nebubunişvili (GEO) 1:3

Güləş/ Sun, 01 Apr 2018 00:17:00 +0400
“Qəbələ” üzvünün Almatı sınağı http://dsport.az/news/diger/21321/ Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti sınağına çıxacaq. 

Dsport.az xəbər verir ki, təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq “Fight Night Global 86” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan Abbasov üç raundluq döyüşdə Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gələcək. 

İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər. Qarşılaşma “Almatı Arena”da baş tutacaq. Bu, hesabında 19 qələbə olan Nərimanın 23-cü döyüşüdü. 24 yaşlı döyüşçümüzün rəqibi isə keçirdiyi 15 görüşdə 9 dəfə qalib gəlib.

Digər növlər/ Sun, 01 Apr 2018 00:03:00 +0400
“Beşiktaş”a 1 qol bəs etdi http://dsport.az/news/t_rkiy/21320/ Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş baş tutub.

Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” “Yeni Malatyaspor”un qonağı olub və darmadağınla uduzub.

Son çempion 'Beşiktaş' isə doğma meydanda 'Alanyaspor'u tək qolla məğlub edib.

Türkiyə Super Liqası
27-ci tur

30 mart

Sivasspor - Karabükspor 1:0
Qol: Bifuma, 47.

31 mart

Yeni Malatyaspor - Gənclərbirliyi 4:1
Qol: A.Kara, 33. Pereyra, 70. Jilberto, 81; 90 - Sessenyon, 9.

Antalyaspor - Bursaspor 2:0
Qol: Maykon, 30. Kadah, 72.

Beşiktaş - Alanyaspor 1:0
Qol: Taliska, 29.

1 aprel

14:30 Göztəpə - Kasımpaşa 
14:30 Osmanlıspor - Konyaspor 
17:00 Akhisar - Başakşəhər 
20:00 Qalatasaray - Trabzonspor

2 aprel

21:00 Kayserispor - Fənərbaxça

Futbol/Türkiyə/ Sat, 31 Mar 2018 23:55:00 +0400
“Qəbələ” İtaliyada qrup qalibi oldu http://dsport.az/news/bizim_futbol/21319/ İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda qrup mərhələsinə yekun vurulub. 

Dsport.az xəbər verir ki, E qrupunda mübarizə aparan “Qəbələ” bu mərhələni uğurla adlayıb. “Qırmızı-qaralar” turnirə Bolqarıstanın “Sofiya Sport B” komandası üzərində 14:0 hesablı qələbə ilə start verib. Bu qarşılaşmada Elmir Hüseynli 4, Sənan Ağalarov, Mirimran Musayev, Eşqin Əhmədli hərəyə 2, Okan Təhməzli, Ravil Qafarov, Hüseynağa Səlimov və Murad Ələkbərov hərəyə 1 qol vurub.

“Qəbələ” II turda İtaliya təmsilçisi “Liventina”nı 11 cavabsız qolla məyus edib. Elmir Hüseynli və Sadiq Şəfiyevin hərəyə 2 top vurduğu görüşdə Sənan Kərimov, Elvin Qarayev, Rüfət Bədəlzadə, Mirimran Musayev, Ravil Qafarov, Hüseynağa Səlimov, Murad Ələkbərov bir dəfə fərqlənib.

“Qəbələ” qrup mərhələsinin son oyununda daha bir İtaliya klubu “Ankona” ilə üz-üzə gəlib. Azərbaycan klubunun turnirin təşkilatçılarına müraciətinə əsasən qarşılaşmadan öncə 31 mart Azərbaycanlıların soyqırımı günü stadionda italyan dilində elan olunub və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Qırmızı-qaralar” “Ankona”nı 3:1 hesabı ilə məğlub edib. Bu oyunda Elmir Hüseynli 2, Murad Ələkbərov 1 qol sevinci yaşayıb. 

Beləliklə, qrupdakı hər üç matçda qalib gələn “Qəbələ” mərhələni 1-ci yerdə başa vurub. 1/8 finaldakı rəqib Xorvatiyanın “Hayduk” (Split) komandası olacaq.

Futbol/Bizim futbol/ Sat, 31 Mar 2018 23:39:00 +0400
Marsel “Olimpik”indən səfərdə inamlı qələbə - VİDEO http://dsport.az/news/fransa/21318/ Futbol üzrə Fransa çempionatında 31-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılışı matçında “Dijon” Marsel “Olimpik”ini qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Bu tur baş tutmalı olan PSJ - Anje oyunu (2:1) Paris təsmsilçisinin Liqa kubokundakı matçıyla bağlı daha öncə keçirilmişdi.

Fransa Liqa 1
31-ci tur

31 mart

Dijon – Olimpik (Marsel) 1:3
Qol: Kvon, 73 - Jermen, 36. Okampos, 88. Payet, 90.

1 aprel

17:00 Genqam - Bordo 
19:00 Kan - Monpelye 
19:00 Lill - Amyen 
19:00 Nant - Sent-Etyen 
19:00 Strasburq - Mets 
19:00 Trua - Nitsa 
23:00 Olimpik (Lion) - Tuluza

4 aprel

20:45 Renn – Monako



Futbol/Fransa/ Sat, 31 Mar 2018 23:19:00 +0400
MY, MS və “Liverpul”dan qələbə - VİDEOLAR http://dsport.az/news/ngilt_r/21317/ Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” “Kristal Pelas”ın qonağı olub və əzmkar qələbəyə sevinib.

Lider “Mançester Siti” də ilk oyun günündə meydana çıxıb. Addım-addım çempionluğa yaxınlaşan Xosep Qvardiolanın yetirmələri Liverpul səfərində “Everton”la qarşılaşıb və inamlı qələbə qazanıb.

MY də evdə 'Suonsi'dən üstün olub.

İngiltərə Premyer Liqası
32-ci tur

31 mart

Kristal Pelas - Liverpul 1:2
Qol: Milivoyeviç, 13-pen - MAne, 49. Salah, 84.

Brayton - Lester 0:2
Qol: İborra, 83. Vardi, 90.

Mançester Yunayted - Suonsi 2:0
Qol: Lukaku, 5. Sançes, 20.

Nyukasl - Haddersfild 1:0
Qol: Peres, 80.

Uotford - Bornmut 2:2
Qol: Kiko, 13. Pereyra, 49 - Kinq, 43-pen. Defo, 90.

Vest Bromviç - Bernli 1:2
Qol: Rondon, 83 - Barnes, 22. Vud, 73.

Vest Hem - Sauthempton 3:0
Qol: Mario, 13. Arnautoviç, 17; 45.

Everton - Mançester Siti 1:3
Qol: Bolasie, 63 - Sane, 4. Q.Xesus, 12. Sterlinq, 37.

1 aprel

16:30 Arsenal - Stok Siti
19:00 Çelsi – Tottenhem





Futbol/İngiltərə/ Sat, 31 Mar 2018 22:33:00 +0400
Nəsirovsuz “Sportinq” ev oyununda uduzdu http://dsport.az/news/futbol/21316/ Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 31-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Nasional”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

'Sportinq' hazırda 32 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Futbol/ Sat, 31 Mar 2018 21:41:00 +0400
Millimizin forvardı oynamadı, klubu 4 qola üzüldü http://dsport.az/news/t_rkiy/21315/ Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 1:4.

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 27 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.



Futbol/Türkiyə/ Sat, 31 Mar 2018 20:53:00 +0400
Eratsız “Duysburq” 4 qola üzüldü http://dsport.az/news/almaniya/21314/ Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Kayzerslautern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Duysburq” geridə qalan turlarda topladığı 37 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.

Futbol/Almaniya/ Sat, 31 Mar 2018 18:14:00 +0400
“Neftçi”nin 5 futbolçusu milli komandalarda http://dsport.az/news/bizim_futbol/21313/ 'Neftçi”nin 3 futbolçusu – Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənov Azərbaycanın U-17 milli komandasına dəvət olunub. 

Dsport.az klub saytına istinadən xəbər verir ki, aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq 'Neftçi”nin üzvləri ayın 9-dan 15-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər.

“Neftçi”nin daha 2 futbolusu da U-16 milli komandasına dəvət alıblar. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaqlar.

Futbol/Bizim futbol/ Sat, 31 Mar 2018 16:43:00 +0400
“Bakıya gedəndə sanki başqa dünyaya düşürdük” http://dsport.az/news/futbol/21312/ “Simurq”un sabiq futbolçusu Marçin Burhardt Polşa mətbuatına müsahibə verib.

Dsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Azərbaycanı oynadığı ən ekzotik ölkələrdən biri kimi xarakterizə edib:

“Legioner həyatı yaşadığım ölkələrdən maliyyə baxımından ən sərfəlisi Ukrayna idi. Azərbaycanda isə Polşadakı qədər qazanırdım. İsveç və Norveçdə əmək haqqım kosmik səviyyədə olmadı. Ancaq orada yaşayış çox baha idi. Qafqaz dağlarının ətəyində yerləşən bir kənddə yaşayırdım. İnsanlar küçədə uzunqulağa minirdilər. Bakıya gedəndə isə sanki başqa dünyaya düşürdük. Azərbaycan paytaxtı çox qlamur və dəbdəbəli yerdi. Hər matçdan sonra məşqçimiz 2 günlük Bakıya getməyimizə icazə verirdi”.

Futbol/ Sat, 31 Mar 2018 16:25:00 +0400
Vinçester: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdu” http://dsport.az/news/bizim_futbol/21311/ “Kəpəz”in əsas komandasının üzvü Şadon Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. 

Dsport.az xəbər verir ki, zədəli olduğundan bir müddət meydana çıxmayan hücumçu tam sağaldığından məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır. Vinçester klub saytına açıqlama verərək çətin günlərin artıq geridə qaldığını deyib: 

“Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdi. Düzdü, bütün futbolçular kimi mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidi. Zədə alarkən həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdı. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdı”.

Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib: “Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdu. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam amma unutmaq olmaz ki, futbol kollektiv oyundu. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludu”.

Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi. Vinçester bu məsələyə belə münasibət bildirib: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdu. Elə Azərbaycanda top qovmağım da bu anlamdadı. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.

Futbol/Bizim futbol/ Sat, 31 Mar 2018 15:01:00 +0400
Çempion tək qolla qalib gəldi - VİDEO http://dsport.az/news/21310/ Dsport.az sizi Birinci Divizionun 21-ci turu çərçivəsində keçirilmiş “Turan Tovuz” - “Mil-Muğan” oyunundan (1:0) hazırlanmış videoreportajla tanış edir:


Sat, 31 Mar 2018 14:36:00 +0400
Elvinlə Dmitri oynadı, “Karabakh” xal itirdi http://dsport.az/news/futbol/21309/ Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 24-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Karabakh”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rapid II” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Futbolçularımıza gəlincə, Emil bu görüşün iştirakçısı olmayıb. Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Nağıyev isə 80-ci dəqiqədə meydana buraxılıb.

“Karabakh” hazırda 28 xalla 17 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Futbol/ Sat, 31 Mar 2018 12:30:00 +0400
Fərid Nəbiyev Gürcüstan klubunda debüt etdi http://dsport.az/news/futbol/21308/ Bir neçə gün əvvəl Gürcüstanın “Şevardeni” klubu ilə müqavilə bağlayan Fərid Nəbiyev qonşu ölkədə ilk oyununu keçirib. 

Dsport.az xəbər verir ki, fənc futbolçu 2-ci Liqanın 4-cü turunda Batumi “Dinamo”suna qarşı matçda debüt edib. Lakin onun 90 dəqiqə meydanda olduğu qarşılaşmada komandası meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

“Şevardeni” 4 turdan sonra 4 xalla 10 komanda arasında 8-cidi.

Futbol/ Sat, 31 Mar 2018 11:36:00 +0400
Ziya Əzizov oynadı, komandası qalib gəldi http://dsport.az/news/futbol/21307/ Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 90-cı dəqiqəsində meydana buraxılıb.

'Den Boş' hazırda 44 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Futbol/ Sat, 31 Mar 2018 10:33:00 +0400
Ozan Can komandasının məğlubiyyətini kənardan izlədi http://dsport.az/news/futbol/21306/ Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “De Qraafşap”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Kökçü bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Futbol/ Sat, 31 Mar 2018 09:34:00 +0400
Sağlamlı “Traktorsazi” darmadağınla uduzdu http://dsport.az/news/futbol/21305/ Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Zobahan” ilə qarşılaşıb. Qarşılaşma türkiyəli Ərtoğrul Sağlamın çalışdırdığı təbrizlilərin məğlubiyyəti ilə başa çatıb - 0:3.

Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” də doğma meydanda “Sanat Naft”la heç-heçəyə razılaşmışdı – 0:0.

“Göstəriş” hazırda 31 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 29 xalla 10-cu pillədə qərarlaşıb.

Futbol/ Sat, 31 Mar 2018 00:17:00 +0400
Ən fərqli qələbə və təkrarlanan rekord http://dsport.az/news/bizim_futbol/21304/ Bu gün futzal üzrə Birinci Liqada keçirilən “Standard” – “Romana” oyunu bir sıra özəlliyi ilə yadda qalıb.

Dsport.az xəbər verir ki, fasiləyə qədər cəmi 9 qol vuran “Standard” ikinci hissədə rəqibini daha 19 dəfə meydanın mərkəzinə dəvət edib. Nəticədə oyun 28:0 hesabı ilə başa çatıb. Bu, cari mövsümdə ən fərqli qələbədi. Buna qədər rekord 15-ci turda qeydə alınmışdı. “Qarabağ” elə “Romana”nın qapısından 29 top keçirmişdi. Ancaq autsayder bu qollardan 3-nün qarşılığını verə bilmişdi. Bu dəfə isə “Romana” qol vura bilmədi və nəticədə “Standard” mövsümün ən böyükhesablı qələbəsini aktivinə yazdırdı.

“Standard” – “Romana” oyunu həm də cari mövsümdə bir oyunda bir futzalçının vurduğu ən çox qolla tarixə düşüb. Belə ki, “Standard”ın kapitanı Seymur Babayev rəqib torunu düz 17 dəfə silkələyib. Komandasının 28:0 hesablı qələbəsi ilə başa çatan dueldə qollardan yarıdan çoxunun müəllifi olan Babayev Orxan Səfiyaroğlunun rekordunu yeniləyib. Buna qədər ən yaxşı göstərici “Qarabağ”ın üzvünə məxsus idi. O, 15-ci turda “Gilan”ın qapısına 15 qol vurmaqla diqqətləri cəlb etmişdi. Seymur onun rekordunu yeniləməyi bacarıb.

Futbol/Bizim futbol/ Fri, 30 Mar 2018 23:56:00 +0400